“Donumu qaldırdı, utandım...” - Əməkdar artist

7-01-2020, 00:01           
“Donumu qaldırdı, utandım...” - Əməkdar artist
ARB TV-də yayımlanan Nazilə Səfərlinin aparıcısı olduöu "Ona qalsa" verilişinin bu dəfəki qonaqlarından biri Sevinc Sarıyeva olub.
"Yeni Sabah" xəbər verir ki, müğənni hər şeyi reklama çevirənlərdən şikayətlənib:

“Bizim konsertlərimiz hesabatdır. Öz payıma deyirəm ki, hər dəfə konsertdə çıxış edəndə ustadların qarşısında imtahan vermiş oluram. Amma o konsertləri reklam xətirinə etməmişəm, efir çəkilib verib, o ayrı. Amma Sevinc xanım filan yerdə konsert verdi, yıxıldı. Belə şeyləri sevməmişəm. Hətta, o vaxt ayağım sınanda biri dedi ki, gələk sizi yataqda çəkək, əməliyyatı çəkək. Dedim, mən öz canımın halındayam.

Qonşu kanalların birində məni efirə dəvət etdilər. Məni gipsdə verilişə gətirdilər ki, heç olmasa efirə çıx 3-4 ay camaat səndən nigarandı. Aparıcı efirdə donumu qaldırdı ki, ayağım gipsdədi. Onun üçün xüsusi ayaqqabı tikdirmişdim və elə gəlmişdim efirə. Utandım. Sonra mənə o qədər zənglər oldu ki...”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru