"Sinəsi yumuşaqdır, onu kolbasa sexinin böyüyü saxlayır" - Murad Arifdən ŞOK SÖZLƏR

27-03-2020, 15:30           
"Sinəsi yumuşaqdır, onu kolbasa sexinin böyüyü saxlayır" - Murad Arifdən ŞOK SÖZLƏR
"Dünyanın düz vaxtı, bir az komplekslərindən, bir az nakamlığından, daha çox da tənbəlliyindən internetdə zəhər qusan seqment ki, var ha... Off Of! Bax bu stresli, krizisli karantin, elə onların vaxtıdır e... Vaxt da kalan. Qoş Wifi-yı, tök zəhərivi..."

BiG.AZ xəbər verir ki, bu sözləri şoumen, aparıcı Murad Arif sosial şəbəkə hesabında yazıb. O sosial şəbəkədə təhqirdolu mesajlar yazanlara səslənib. Murad Arif paylaşımına bu sözləri də əlavə edib:

"Bu ailə dağıdıb, bu gombuldur, bu valikdir, bu qojadır, bu xəstədir, bunun səsi yoxdur, bu ermənidir, bu eskimosdur, bu ikinci dəfə evlənib, bu üçüncü dəfə boşanıb, bunun əmisi nəşəxordur, bunun xalası alverçidir, bu bizim qonşumuzdakıyla gəzirdi, bu simicdir, bunun arxası bərkdir, bunun sinəsi yumşaqdır, bunu kolbasa sexinin böyüyü saxlayır, bu geydir, bu manısdır, bu filandır, bu bundandır, bu ondandır, mən buna 5 manat da verib çağırmaram, bunu filankəs adam eləyib, ətəyin qısadır, qolların yoğundur, ayaqların əyiridir, -da, -də ayrı yazılır, ki-dən sonra vergül var, qoca arvadsan oxuma, cavan qızsan oynama, get özünə bir iş tap, W ilə yazma, rusca danışma, fars mahnısı oxuma, "azəri türkü yox, azərbaycanlı", "azərbaycanlı yox, azəri türkü", gələcəyimiz hara gedir, bunlarla Qarabağı alacayıq?, uşağını pis geyindirmisən, kostyum geyinmə, dar geyinmə, geniş geyinmə, şit danışır, bu da özünü bomba sayır, arıqlayıb anquta dönmüsən, kökəlib boçkaya dönmüsən, özüvə hörmət elə, mənə hörmət elə, hoppanıb-düşmə, ağır ol, uşaqlar baxır belə video paylaşma, saqqız çeynəmə, makiyajın çoxdur, burnunda prişik var, fuuu, püüüf, üffff, oxx, offf...
Yetdi bə!"












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.