Arnold Şvartseneggerdən xeyirxah addım

29-03-2020, 17:06           
Arnold Şvartseneggerdən xeyirxah addım
Dünyaca məşhur aktyor Arnold Alois Şvartsenegger xəstəxanalara tibbi avadanlıqlar verən Frontline Responders Assosiasiyasına 1 milyon dollar bağışlayıb.

Unikal.org xəbər verir ki, dərnəyin başladığı kampaniyaya qoşulan və xəstəxanalar, maskalar və xalat təchizatı üçün 5 milyon dollar toplamağı hədəfləyən Şvartsenegger “Hər zaman işlərimizi daha yaxşı hala gətirmək üçün əlimizdən gələni etməyimiz lazım olduğuna inanırdım. Bu, əsl fəaliyyət qəhrəmanlarımızı xəstəxanalarımızın ön cəbhəsində qorumağın sadə bir yoludur və mən də onun bir hissəsi olmaqdan qürur duyuram” deyə bildirib.

Hər kəsi kampaniyaya qoşulmağa çağıran dünya şöhrətli aktyor “İndi bu virusla mübarizə apararkən onları təhlükəsiz saxlamaq üçün milyonlarla dəyəri olan bir neçə yüz min maska satın almaq üçün əlinizdən gələni edək. Xahiş edirəm qəhrəmanlarımızı dəstəkləmək üçün mənə qoşulun” deyərək sosial şəbəkə vasitəsilə insanlara səslənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru