Naxçıvanlı iş adamı 56 yaşlı müğənnimizə və bacısına ELÇİ DÜŞDÜ - "İkimizi də istəyir"

30-03-2020, 11:06           
Naxçıvanlı iş adamı 56 yaşlı müğənnimizə və bacısına ELÇİ DÜŞDÜ - "İkimizi də istəyir"
Əməkdar artist Mətanət İsgəndərliyə bir neçə gün öncə evlilik təklifi ediblər.
Lent.az -ın məlumatına görə, 56 yaşlı müğənni bu barədə "Hüseynova bacıları" verilişində deyib.
O bildirib ki, onunla evlənmək istəyən bəy naxçıvanlı iş adamıdır:
"Evə gəldim ki, atam əsəbiləşib. Dedim ki, nə olub? Söylədi ki, birlikdə verilişdən çıxanda bir kişi qarşımı kəsdi. Dedi ki, sənlə qohum olmaq istəyirəm. İlk əvvəl atam onu başa düşməyib. Daha sonra həmin kişi deyib ki, Mətanətlə evlənmək istəyirəm. Atam yox deyib, kişi də cavabında söyləyib ki, Mətanət alınmırsa, o biri qızın Sədaqəti istəyərəm. Atam bu sözü eşidən zaman deyib ki, sənin başın xarabdır?
Daha sonra həmin kişi başqa verilişdən çıxanda məni gördü. Mənə dedi ki, nə deyirsən? O məsələni necə edək? Dedi Naxçıvanda hər şəraitim, işim var. Pis kişi deyildi, amma ağzını açdı, bir dişi var idi. Həm də mənim ərə gedən yaşım deyil axı. Mən Naxçıvanda qala bilmərəm. O kişi fikrində qəti deyildi. Çünki həm mənə, həm də bacıma elçi düşdü. İkimizi də istəyirdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru