Aşıq Zülfiyyə: "Koronavirus haqq yolundan dönən insanlara bir dərsdir"

31-03-2020, 16:16           
Aşıq Zülfiyyə: "Koronavirus haqq yolundan dönən insanlara bir dərsdir"
“Bu koronavirus haqq yolundan dönən insanlara bir dərsdir. Allah onlara görk etdi ki, yəni mən hər şeyi görürəm, hələ bəzi əməli-saleh insanlara görə yer üzünü alt-üst etmirəm”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış sənətçi Aşıq Zülfiyyə deyib.

Sənətçi insanların Allahın qəzəbinə tuş gəldiyini bildirib:

“İnsanlar var ki, hər şeyi var, amma qədrini bilmir, israf etməkə məşğuldur. Düşünmür ki, qonşusu, yaxını acdır, bir tikə çörəyə möhtacdır. Naşükür olmağın, haqq yolundan dönməyin, israfçılığın da axırı belə olur. Belə israf etməkdənsə, bir qarın çörəyə möhtac olan yaxınına, bir kasıba əl tut. Toxun acdan da xəbəri olsun. Bu da acı nəticə. Allah göstərir ki, bu dünyada hər şey bir anın içində məhv ola bilər. İnanın ki, onda gözünüzə o var – dövlətiniz də görünməyəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru