Könül Kərimovanın torpaq davası

2-04-2020, 11:04           
Könül Kərimovanın torpaq davası
Əməkdar artist Könül Kərimova növbəti dəfə məhkəmə qarşısına çıxacaq.
“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Könül Qəmbər qızı Kərimova torpaq mübahisəsi ilə əlaqədar olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
Bu gün Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin sədrliyi ilə məhkəmə prosesinin hazırlıq iclası keçiriləcək.
Məhkəmə prosesi ilə bağlı olaraq əməkdar artist ilə əlaqə saxladıq. Ancaq Könül Kərimova xəbəri təkzib edib və heç bir açıqlama verməyib. Qeyd edək ki, məhkəmə prosesi ilə bağlı informasiya elektron məhkəmə portalında yerləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru