Bakıda müğənni intihar edib - YENİLƏNİB

25-12-2015, 21:54           
Bakıda müğənni intihar edib - YENİLƏNİB
Bakıda müğənninin intiharı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında Bakıxanov qəsəbəsində qeydə alınıb. Özünü binanın 5-ci mərtəbəsindən atan 1 noyabr 1989-cu il təvəllüdlü Quliyev Elvin Ramazan oğlu hadisə yerindəcə keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsiilə iş başlanılıb. Araşdırma parılır.

*****

Bakıda müğənni intihar edib. Lent.az-ın məlumatına görə, 1 noyabr 1989-cu ildə anadan olmuş Elvin Ordubadlı adlı müğənni özünü binadan ataraq intihar edib. E.Ordubadlının dostları feysbukda yazıb ki, o özünü binadan atıb.

Qeyd edək ki, E.Ordubadlı "Azərbaycanın səsi" musiqi yarışmasının qalibi olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru