Səlahiyyəti artırılan MTRŞ şefi ANS-ə qarşı... - Nə olacaq...

29-12-2015, 17:15           
Səlahiyyəti artırılan MTRŞ şefi ANS-ə qarşı... - Nə olacaq...
MTRŞ rəhbərliyi ölkənin qocaman telekanalına qarşı səlib yürüşünün başında gedir, onunla hesablaşmayan azad ANS telekanalını həzm edə bilmir

Heydər Əliyevin qiymətini verdiyi media quruluşu indi məqsədli şəkildə maliyyə sanskiyaları ilə üzləşib

Ölkənin qocaman telekanalına qarşı başlanmış səlib yürüşü öz mənfi nəticələrini verməkdədir.

“Gündəm-xəbər” qəzetinin məlumatına görə, Azərbaycanda vətənpərvər, ictimai-siyasi proseslərində bir media quruluşu kimi tarixin hər mərhələsində fəal iştirak etmiş ANS indi çətin sınaq qarşısında qalıb.

ANS-in prezidenti Vahid Mustafayevin təsisçisi olduğu "Bakı Film” Kinostudiyasında ixtisarlara başlandığı xəbərləri yayılıb. Milli teleradio şirkətinin telekanala qarşı hücumları, külli-miqdar cərimələri, sanksiyalar televiziyanı ağır vəziyyətə salıb.

Dövlətçiliyə hər zaman sadiq olmuş, efir məkanında başqalarından yerlə-göy qədər fərqlənmiş, xəbər siyasətində operativliyi, dolğunluğu və qərəzsizliyi qorumuş ANS Nuşirəvan Məhərrəmlinin amansız basqıları ilə üz-üzədir. Məmurların mediaya təzyiqlərinə dair növbəti sübut!!!

Nuşirəvanın ANS problem illər əvvələ söykənir. O, Mirşahin Ağayev fenomenini və müstəqil teleşirkət mövcudluğunu, MTRŞ-lə hesablaşmayan azad media amilini həzm edə bilməyib.

Bu gün hamımız üçün adiləşən “Müstəqil Azərbaycan” kəlməsi bir vaxtlar həmvətənlərimizin sadəcə ən ümdə arzusu idi. Bu gün isə “Müstəqil Azərbaycan” kəlməsilə yanaşı leksikonumuza “müstəqil” ifadəsilə bağlı bir çox məhsullar daxil olub. Müstəqil qəzet, müstəqil media və ən əsası ilk müstəqil telekanal olan ANS.

Əslində ANS yarandığı dövrdə ölkədə keçmiş SSRİ-nin abu-havası hələ də hiss olunurdu. Məhz bu dövrdə 1991-ci ildə 3 nəfər gənc jurnalist-Vahid Mustafayev, Seyfulla Mustafayev və Mirşahin Ağayev tərəfindən yaradılan ANS xalqa qərəzsiz, vicdanlı informasiya verdi. Və bununla da xalqın nüfuzunu qazandı.

Onlar Bakı şəhərində dərc olunan “Azərbaycan” qəzetində işləyəndə tanış olmuşdular. Yeri gəlmişkən, bu mətbu orqanı ölkəmizdə dərc olunan ilk müstəqil qəzet idi. Hər üç gənc televiziya jurnalistikasına böyük əhəmiyyət verirdilər. Onların ən böyük arzusu televiziyanın və radionun daxil olacağı müstəqil media qrupu yaratmaq idi.

Televiziya kimi onların ilk reportajları cəbhə xəttində baş verən hadisələrdən bəhs edirdi. ANS-in müxbirləri Qarabağdan, Çeçenistandan, İnquşetiyadan, Gürcüstandan - Osetiyadan, Abxaziyadan, Əfqanıstandan və s. münaqişə zonalarından reportajlar hazırlayırdılar.

ANS yarandığı ilk vaxtlardan BBC, CNN, CBS, NBC, NHK, ZDF, RAI kimi dünyanın nüfuzlu kanallarını reportajlarla təmin edirdi. ANS kanalının adı gələn zaman, yaddaşlara ən əvvəl Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin Qarabağ müharibəsi zamanı cəbhə xəttində apardığı çəkilişlər və qəhrəman telejurnalistin Xocalı faciəsi zamanı çəkdiyi tarixi kadrlar yada düşür.

Bu gün Çingizin bizim aramızda olmamasına baxmayaraq, onun çəkdiyi kadrlar CNN kimi nüfuzlu kanallarda indi də nümayiş olunur. Məhs o kadrların sayəsində Azərbaycan ermənilərin törətdiyi vəhşilikləri dünyaya nümayiş etdirir.

Heydər Əliyevin qiymətini verdiyi media quruluşu indi məqsədli şəkildə maliyyə sanskiyaları ilə üzləşib. ANS-in tarixi Azərbaycanın müstəqilliyinin tarixidir. ANS bu 20 ili dövlətimizin müstəqilliyi ilə birlikdə addımlayıb.

Azərbaycanın müstəqilliyinin vətəndaşların ruhuna hopmasında ANS–in müstəsna xidmətləri olub. ANS operativliyi, məzmunlu verilişləri, obyektiv yanaşması ilə nümunə olacaq bir televiziya kanalıdır. Əslində ANS Azərbaycanın müstəqilliyinin atributlarından biridir.

ANS-in təməli Azərbaycanda o vaxt 2-3 müstəqil qəzetdən biri olan “Azərbaycan” qəzetində qurulub. İlk süjetlər o vaxtın Azərbaycan qəzetinin video əlavəsi üçün çəkilib. Onların ilk qələm təcrübələri “Koroğlu kəşfiyyatı” adlı qəzetdə olub.

Vahid və Seyfulla Mustafayevlər ictimai siyasi proseslərə münasibətlərini bu qəzetin səhifələrindəki yazılarında bildiriblər. Qəzetin əməkdaşı Mir Şahin Ağayev də onlara qoşularaq sonradan birgə “Xəbərçi” proqramını yaradıblar. Əvvəlcə “Xəbərçi” Azərbaycan Televiziyasının tərkibində yayımlanırdı, sonradan müstəqil ANS kanalı yarandı.

Bu kanalın kökündə isə “Xəbərçi” proqramı dayanırdı. Bu televiziya millətə obyektiv, doğru-dürüst informasiyanı çatdırmaq istəyindən yaranmışdı. Azərbaycan məkanında “Azərbaycan News Cervis” deyilən telekanal yaranır və onun yaranmasına səbəb ictimai proseslərə müdaxilə etmək idi. İlk istək Qarabağda gedən prosesləri lentə almaq, onları yaddaşa köçürərək xalqa çatdırmaq istəyindən yaranmışdı.

ANS-də yayımlanan verilişlərin bir çoxunun "Bakı Film” Kinostudiyasında olan dekorasiyaların sökülməsinə başlanılıb. Bu verilişlərdən biri indiyədək qısa zamanda geniş tamaşaçı auditoriyası toplayan "Beş barmaq" verilişidir.

ANS ictimaiyyətə qərəzsiz, ən doğru informasiya vermək ənənəsini qoydu. Daha dəqiq, ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin təbirincə desək, ANS cəmiyyətə pafosdan uzaq xəbər vermək mədəniyyətini gətirdi.

İndiyədək çəkilişi "Bakı Film” Kinostudiyasının pavilyonunda aparılan veriliş bundan sonra telekanalın özündə çəkiləcək. "Bakı Film” Kinostudiyasının çəkiliş pavilyonunda ərsəyə gələn bəzi verilişlərin də bundan sonra "ANS Şirkətlər Qrupu”nda çəkiləcəyi məlumatı var.
GundemXeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.