Röya Türkiyənin məşhur verilişinə qonaq oldu - VİDEO

2-01-2016, 12:54           
Röya Türkiyənin məşhur verilişinə qonaq oldu - VİDEO
Əməkdar artist Röya Türkiyənin tanınmış və qalmaqallı dəb yarışması olan "İşte benim stilim"də qonaq olub.

Musavat.com xəbər verir ki, proqramın yeni mövsümünün ilk buraxılışında "Kesin bilgi" mahnısını ifa edən müğənni alqışlarla qarşılanıb. "Azərbaycan, Türkiyə başda olmaqla bütün dünyanın 2016-cı ilini təbrik edirəm. Sülh ili olmasını arzulayıram. İli sizinlə başlamaq mənə xoş oldu. Hər kəsə uğurlar arzulayıram. Biz sizi çox sevirik, siz də məni sevin"-, deyə Röya bildirib.

Daha sonra müğənni "Göndər" mahnısını səsləndirib. Qeyd edək ki, yarışmanın münsif kürsüsündə İvana Sert, Hakan Akkaya, Neslihan Yargıcı və Uğurkan Erez əyləşib.
[media=https://www.youtube.com/watch?v=7K7CnNAQV_U]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.