Məşhur azərbaycanlı video bloger həbs edildi

11-01-2016, 20:52           
Məşhur azərbaycanlı video bloger həbs edildi
Qaynar.info xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində məlumat yayılıb.

Hüseyn Əzizoğlunun 15 sutka azadlıqdan məhrum edildiyi deyilir. Hələlik məlumatı dəqiqləşdirmək mümkün olmayıb. Onun telefonuna zəng çatmır.

* * *

Gənc blogger Hüseyn Əzizoğlunun həbs xəbəri təsdiqlənib. Bu haqda məlumatı musavat.com-a Hüseynin anası Elnarə Baxışova verib.

Onun sözlərinə görə, Hüseyni yanvarın 8-də həbs ediblər. H.Əzizoğlunun həbs edilməsinin səbəbi məhəllədə tanımadığı bir nəfərlə yüngülcə dalaşması olub. Həmin gənc polisə şikayət edib.

Anasının sözlərinə görə, bundan sonra Yasamal Rayon 29-cu polis bölməsinin əməkdaşları onu evindən tutub, aparıblar: "Hüseynə 15 sutka həbs veriblər. Yanına da getmişdim. Vəziyyəti yaxşıdır. Onunla dalaşan gənc şikayət ərizəsini geri götürmədi. Ona görə də, həbs ediblər".

Elnarə Baxışova deyib ki, onun həbsinin çəkdiyi videolar ilə əlaqəsi yoxdur: "Sosial şəbəkələrdə yayılan məlumatlar düz deyil. Hüseyn dalaşdığını özü də deyir. Hər şey ona görə olub".

Hüseyn Əzizoğlu hazırda Binəqədi inzibati cəzaçəkmə məntəqəsində saxlanılır.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.