"Onun qızı yaşdayam, mənə bacı dedi"
13-01-2016, 11:41
Əməkdar artist Röya Ayxanla aktrisa Məlahət Abbasova arasında yaşanan gərginlik davam edir.
“Qafqazinfo”nun məlumatına görə, Röya aktrisanın ötən gün sənətçi ilə bağlı verdiyi açıqlamaya münasibət bildirib.
Müğənni vurğulayıb ki, Məlahət Abbasovanın həyatı qədər işlər görüb:
“Gör neçə əsərlər oxuduq, neçə insanı sevindirdik. Bir tamaşa oynayıb, sonra da Azərbaycanı bəyənməyərək tərk edən birinin məsləhətinə qaldıq. Onun qızı yaşdayam, mənə bacı dedi. Bizə yol açanı, bir stəkan çay süfrəsinə dəvət edən görmədim. Mən ayağı boyda qız onun həyatı boyda işlər gördüm. Özünü Azərbaycana mənlə sevdirdi. Ay Röya, sənlə fəxr edirəm. Unudulanları yenidən yaşadırsan”.
Qeyd edək ki, Röya “Bəyaz şou”ya qonaq olandan sonra hər iki məşhur arasında qalmaqal yaranmışdı. Məlahət Abbasova verilişdə əməkdar artistə qarşı hörmətsizlik edildiyini bildirmişdi.
Aktrisa ötən gün açıqlamasında Röyanın ona qarşı dediklərindən şoka düşdüyünü, bir nəfərə görə ona cavab verməyəcəyini bildirmişdi.