“Qisasımızı alaq, sonra mənə qarşı savaşınıza qaldığınız yerdən başlayarsınız” – Xoşqədəm Hidayətqızı

1-11-2020, 19:23           
“Qisasımızı alaq, sonra mənə qarşı savaşınıza qaldığınız yerdən başlayarsınız” – Xoşqədəm Hidayətqızı
Teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə qalmaqala səbəb olan çıxışı ilə bağlı açıqlama verib.



Teref.az teleaparıcının sözügedən açıqlamasını təqdim edir: "Sosial şəbəkələrdə ictimai nüfuzuma xələl gətirmək istəyən bir qrup peyda olub. Yəqin məni təhqir etmək, ictimai nüfuzuma zərbə vurmaq tapşırığı alıblar.



Unutduqları bir şey var, bütün efirlərimiz arxivdə saxlanılır və paylaşıram, izləyin!!!! 26 ildir artıq mən bu savaşdayam, bu və ya digər formada peşəkar fəaliyyətimə mane olanlar olub, var və olacaqlar da...



Təbii ki, bu günlərdə də bu cür naqisliklərlə qarşılaşıram. Bu kampaniyaya sifarişin də hardan gəldiyini biıirəm. Ancaq bu gün gözümüzün, qəlbimizin Qarabağda olduğu vaxtda erməni dəyirmanına su tökənlərdən yazmagı özümə rəva bilmirəm. İndi vaxtı deyil, yəqin ki, siz də mənimlə razısınız. Sizə söz verirəm ki, müharibə bitsin düşməndən qisasımızı alaq, o şəxslərlə baglı açıqlama verəcəm. Hələlik isə bu ləkələmə, iftira kampanyasını aparanlaradı sözüm - Dayanın!



Bu günlərdə məni unudun! Hədəfimiz düşmənimiz -erməni olsun . Ola bilər ki, məni düşmən bilirsiz. Mən “düşməninizə” qarşı mübarizənizi müvəqqəti dayandırın.



Bu gün hamımızın bir düşməni var: erməni.



Qisasımızı alaq, sonra mənə qarşı savaşınıza qaldığınız yerdən başlayarsınız.



Və izləyicilərimdən xahiş edirəm ki, bu məqsədli, yalan kampaniyasını aparanları şikayət edin. Erməni dəyirmanına su tökənlərə qarşı mübarizədə bir olmalıyıq!”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru