Ermənilərin “qəhrəman”ı olan fotoqrafı Rusiyada həbs gözləyir:Siyasi məqam?

9-11-2020, 10:46           
Ermənilərin “qəhrəman”ı olan fotoqrafı Rusiyada həbs gözləyir:Siyasi məqam?
“SKmilitary diary” layihəsinin rəhbəri, dəfələrlə qanunsuz olaraq Qarabağa gedən rusiyalı fotoqraf Sergey Konkin istintaqa cəlb edilib. Cebhe.info xəbər verir ki, bu barədə o özü yazıb. "Bir ölkədə qəhrəman olursan, öz ölkəndə isə səni həbsə atmaq istəyirlər",-deyə o bildirib.

Qeyd edib ki, Qarabağdan qayıdan kimi ona Rusiya Təhqiqat Komitəsindn məktub gəlib: "Burda siyasi məqam yoxdur. Məni külli miqdarda vəsaitin oğurlanmasında ittiham edirlər. 4 il əvvəl mən bankda sadə operator olmuşam. Bankdan isə 550 milyon rublu ya oğurlayıblar, ya da oğurlamaq istəyiblər. 4 il mən şahid olsam da, indi məni bu vəsaiti oğurlamaqda ittiham edilər".

Bankdan işdən çıxdıqdan sonra hərbi fotoqraf kimi fəaliyyətə başlayan Konkin Donbasda, Qarabağda çəkilişlər aparıb. Bildirib ki, bütün bunları öz arzusunu həyata keçirmək üçün pulsuz edib:"Mən başqaları ilə əlbir olaraq 660 milyon oğrulayana heç oxşamıram. Amma Komitə fərqli düşünür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru