Filmin personajlarının oyuncaqları yaşlı cütlüyü milyoner etdi - VİDEO

11-11-2020, 08:49           
Böyük Britaniyada yaşlı cütlüyün zibil qabına atmağa hazırlaşdığı oyuncaqlar onları zəngin insanlara çevirib.

REN TV xəbər verir ki, qonşularının ölümündən əvvəl onlara vəsiyyət etdiyi əşyaların bəzilərini zibil qabına atmağa hazırlaşan yaşlı cütlük təsadüfən atdıqları zibil paketinin içinə baxmaq qərarına gəliblər.

Məlum olub ki, vəfat edən qonşuları uzun illər “Ulduz müharibələri” filminin personajlarının oyuncaqlarının kolleksiyasını toplayıb.

Yaşlı cütlüyün oğlu oyuncaqların dəyərli əşyalar olduğunu öyrənib və onları hərraca çıxarıb.

Nəticədə təkcə bir fiqur hərracda 20 min ABŞ dollarına (34 min manat) satılıb.oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru