"Sübut etsələr, Azərbaycanı tərk edərəm"

28-01-2016, 18:52           
"Sübut etsələr, Azərbaycanı tərk edərəm"
“Mənim internetdən başım çıxmır. İnstaqram səhifəm var, onu isə oğlum işlədir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Manaf Ağayev “Hər şey daxil” verilişində deyib. O, haqqında yayılan “WhatsApp-a şəkil qoyan qızı oğluma almaram” ifadəsinə aydınlıq gətirib:

“Heç vaxt belə söz deməmişəm. Əgər sübut etsələr ki, bu söz ağzımdan çıxıb, Azərbaycanı tərk edib gedərəm. Mən internət vasitəsilə tanış olub evlənməyə qarşıyam. Biz rayonda böyümüşük. Aldığımız qızın nəslini soraqlamalı, kimlərdən olduğunu bilməliyik”.

M.Ağayev xalq artisti Aygün Kazımovanın sosial şəbəkədə yazdığı və qalmaqala səbəb olan şərhinə də münasibət bildirib:

“Bu Aygündür, sənətə canın fəda verib. O sənətkardır. Bir Aygünümüz var da... Ona hər şey yaraşır".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru