Müğənni Vəsilə doğuşdan sonra öldü - VİDEO

29-01-2016, 12:23           
Müğənni Vəsilə doğuşdan sonra öldü - VİDEO
Başqırdıstan və Tatarıstanın ən məşhur müğənnilərindən biri, əməkdar artist, "Tuğan yak", "Yanqış mileş" və "Atayım" kimi populyar mahnıların ifaçısı Vəsilə Rafizovna Fəttahova Ufada vəfat edib.

Milli.Az ProKazan-a istinadən bildirir ki, 36 yaşlı müğənni ötən ilin dekabrın 27-də ikinci övladını dünyaya gətirmişdi. Doğuş çox ağır keçdiyindən o, Ufadakı Respublika Kliniki Xəstəxanasının reanimasiya bölməsinə yerləşdirilmişdi.
Həkimlər 5 cərrahiyyə əməliyyatı aparsalar da, müğənnini xilas edə bilməyiblər.
Başqırdıstanın xalq artisti, Tatarıstanın əməkdar artisti, başqırd müğənni Vəsilə Fəttahova sabah dəfn olunacaq. Vida mərasimi Ufadakı Başqırd Dövlət Filarmoniyasının binasında keçiriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru