"Bilmirəm kişiliyimi Elzaya necə sübut edim"
1-02-2016, 10:00
Elza Seyidcahanın "Qadın bir şey istəyir" şeirini prodüsser Tolikin məsxərəyə qoyaraq, "Ay Allah məni deputat elə" yazması əməkdar astisti özündən çıxarıb.
Elza Seyidcahan sosial şəbəkələrdə Toliki təhqir edib: (big.az )
"Sakit oturduğumuz yerdə, öz yaradıcılığımızla məşğul olduğumuz yerdə sənətdən başı çıxmayanlara bizi təhqir ünvanına çevirmək istəyən bədgahlara, bizi aşağılamaq, gözdən salmaq istəyənlərə qarşı susmaq nə qədər çətin olsa da, danışmamaq da bir o qədər çətindir. Mənə qarşı belə paylaşımları birinci dəfə etmirlər. Sussam da bütün arxiv yazılar zamanı gələndə məhkəmədə öz haqqına çatacaq. Yəqin çalışırlar ki, məni sizlərin gözünüzdən salsınlar. Alınmadığı üçün akitləşə bilmirlər. "Ay Allah, məni deputat elə". Çox şərəfli arzudur. Mən deputat olacağam inşallah. Vay o gündən deyəsən ki, Ay Allah məni kişi elə. Ay Allah məni kişi elə..."
Prodüsser Tolik isə Elza Seyidcahana belə cavab verib:
"Elzanın xoşuna gəlməyib mənim arzum. İnşallah deputat olacaqsınız, hələ beş il yaşayın. Niyə hamı sizi lağa qoyanda incimirsiniz? Mən sizin şeirinizi paylaşmışam, burda nə var ki? Söymüşəm, yoxsa təhqir etmişəm? Ama sizin mənim kişiliyimə şübhəniz var? Mən bilmirəm ki, bunu sizə necə sübut edim. Allahıma şükür efirlərə çıxıb etikadan uzaq şeirlərimlə insanların qulaqlarını paslatmıram. Xeyir əməllərimləŞ köməyimlə nümunə oluram. Mən də bəziləri kimi ildə iki toy edib, pul yığsaydım, indi deputat yox, nazir olmaq istəyərdim. Reklam etməyi xoşlayıram, baxın, sabah hamı sizdən yazacaq, şeirinizdən yox".