ANS-də maaş qalmaqalı

1-02-2016, 19:37           
ANS-də maaş qalmaqalı
ANS televiziyasının baş redaktoru Samirə Səfərəliyeva və tanınmış teleaparıcı Elgiz Əkbərin əsl işdən çıxma səbəbi bəlli olub.

Televiziyadakı mənbədən AzVision.az-a verilən məlumata görə, S.Səfərəliyeva öz ərizəsi ilə E.Əkbər isə övladı olduğu üçün fəaliyyətinə fasilə verməyib. Mənbənin məlumatına görə səbəb bir neçə aydır ANS-də maaşların verilməməsidir.

Belə ki, maaşların çox gecikdirilməsi şirkət əməkdaşları arasında narazılığa səbəb olub. Rəhbərliyinin keçirdiyi iclasda adıçəkilən problem qabardılıb və bunun aradan qaldırılması tələb olunub. Bundan hiddətlənən şirkət rəhbərliyi öz əməkdaşlarını, əsas da E.Əkbəri rüşvət almaqda suçlayıb, əllərində fakt olduğunu bildirib və belə davam edərlərsə, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edəcəklərini bildirib. Bu reaksiyadan sonra bəzi əməkdaşlar "sakitləşib", S.Səfərəliyeva ilə E.Əkbəri isə işlərindən ayrılmağa məcbur ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru