“Toyunuzda pulsuz oxuyurlar... “ - Nadir

2-02-2016, 12:50           
“Toyunuzda pulsuz oxuyurlar... “ - Nadir
“Sən məni təhqir elə, mən səni təhqir etməyim? Əcəb edirlər, hər kəs özünə görə şəxsiyyətdir. Heç kimin kimisə söyməyə ixtiyarı yoxdur. Sən məni bir söysən, mən səni beş söyərəm. Mənim ağzım yoxdu? Adi insanlar, xalq bizi söyə bilər? Biz xalqın nümayəndəsi deyilik? Biz xalqa, dövlətyə xidmət edirik, təhqir olunmamalıyıq”.

Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Nadir Qadarzadə bildirib.

Sənətçi vurğulayıb ki, əvvəllər onu sosial şəbəkədə təhqir edənlərin cavabını verirdi:

“Çünki hara getsək ölkəmizi təmsil edirik. Bizim təhqirə yox, tərifə ehtiyacımız var. Harda problem olanda müğənninin belində sınır.Sizin toy və məclislərinizdə müğənnilər pulsuz oxuyur. Mən öz payıma danışıram. Axırda da məni təhqir etməlidirlər? Mən sosial şəbəkədə yazanlara əvvəl cavab verirdim. İndi isə cavab vermirəm. O adam gicliyindən, tərbiyəsindən qalmırsa, mən niyə öz tərbiyəmdə qalım? İndi isə qara siyahıya atıram, səviyyəsinə də düşmürəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.