“Aygünlə Elzanın ciyərini çıxaracağam” - İlhamə

3-02-2016, 16:02           
“Aygünlə Elzanın ciyərini çıxaracağam” - İlhamə
Aygünün qarnının ağrısı Natəvan Həbibidir. Natəvanla barışdığım gündən Aygün dəliyə döndü. Yanıb-tökülür. O, dediyi sözlərə görə cəzasını alacaq. Darıxmasın.

Dia.az xəbər verir ki, bu sözləri xalq artisti İlhamə Quliyeva həmkarı Aygün Kazımova barəsində deyib.

Xalq artisti Publika.az-a müsahibəsində bildirib ki, insanın canını almaq istəyirsənsə, onun pulunu al: “Canı çıxa-çıxa gətirib o pulu mənə verəcək. Verməsə, qanun qarşısında cavab verəcək. Qanunlarımız, şükür Allaha, saat kimi işləyir. Bir vaxtlar qarşımda diz çöküb barışım deyə, yalvarmışdı, indi də yenə çaşıb”.

İ.Quliyevanın sözlərinə görə, Elza Seyidcahan özünü “sülh göyərçini” adlandırıb, onu “anakonda”: “Ay yazıq Elza, mən səmaların, göylərin göyərçiniyəm, sənsə yerdə eşələnən məxluq. Mən göylərdə, sizlərin başınızın üstündə uçuram, zərif gözəlliyimlə sizləri yandırıb-yaxıram. Ona da bir milyon təzminat ödətdirəcəyəm.

Aygünün də, onun da ciyərini çıxaracağam. Bu pulu verməsələr, ikisini də türmədə çürütdürəcəyəm. Əgər hansısa bir şəxsiyyət gəlib məndən səhvimə görə üzr istəsə, bağışlayaram. Amma şəxsiyyət olmayan Aygünlə Elzanı heç vaxt bağışlamaram. Burdan onlara səslənirəm, qətiyyən mənə yaxın düşməyin”.

Qeyd edək ki, A.Kazımova və E.Seyidcahan İ.Quliyevanı onlardan pul istəməkdə ittiham ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.