"Özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur"

19-02-2021, 10:23           
"Özünüzü aldatmayın, xəyanət etməyən kişi yoxdur"
"Əziz xanımlar, diqqətlə oxuyun, xəyanət etməyən kişi yoxdur. Milyonda bir ola bilər, o da kimin bəxtinə düşərsə...".

Open.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov sosial şəbəkədə yazıb.

Sənətçi bildirib ki, sevdiyi qadına xəyanət etməyən kişi yoxdur: "Sadəcə, normal kişi bunu qadınına hiss etdirməməlidir. Bizim coğrafiyamızda bu belədir, özünüzü boş yerə aldatmayın. Yaxşı, nə edəcəksiniz, boşanacaqsınız? Yaxşı, boşandın, sonradan başqasına ərə getdin. O, xəyanət etməyəcək?

Bacardığınız qədər ərinizə diqqət, qayğı göstərin ki, çox ora-bura getməsin. Yoxsa ki, xəyanət eləsən, boşanaram söhbətləri boşdur. Hansınızı dindirsək, "Xəyanəti bağışlamaram" sözünü deyirsiniz. Özünüz özünüzü boş yerə aldadırsınız, ideal kişi axtarmayın. Yoxdur o xalxın kişisi, yoxdur, aldadıblar sizi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru