Türkiyənin daha bir aktyoru koronavirusdan öldü

20-02-2021, 00:30           
Türkiyənin daha bir aktyoru koronavirusdan öldü
Türkiyədə daha bir aktyor koronavirusun qurbanı olub.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, tanınmış teatr və kino aktyoru Toyqun Atəş COVID-19-dan həyatını itirib.

66 yaşlı aktyorda çəkilişlər üçün getdiyi Malatyada fevralın 6-da virus aşkarlanıb. Vəziyyəti pisləşdiyi üçün reanimasiyaya yerləşdirilib. Onda mutasiyalı koronavirus təsbit edilib.

Bütün müdaxilələrə rəğmən, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, aktyor “Sirli kənd” filminin çəkilişləri üçün Malatyada olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru