Şeron Stoun: "Əsas instinkt filmində məni aldadıblar" - Aktrisa alt geyimsiz istintaqından bəhs etdi - VİDEO

22-03-2021, 00:08           
Şeron Stoun: "Əsas instinkt filmində məni aldadıblar" -
"Qızıl qlobus" və "Emmi" mükafatlarının laureatı kinoulduz Şeron Stoun "Əsas instinkt" (1992) filmində dilə tutularaq aldadıldığını deyib.

Bizim.Media "Vanity Fair"ə istinadən xəbər verir ki, Şeron Stoun intervüsündə sözügedən filmdəki dindirilmə epizodundan söz açıb.

Şeron Stoun bildirib ki, "alt geyimim olmadan ayağımı ayağımın üstünə qoyduğum səhnə filmin yekun variantına daxil edilməli deyildi.

Məni aldatdılar ki, ağ donda alt geyiminin rəngi üst libasının çalarına təsir edir. Filmə ilk dəfə baxanda şoka düşdüm və Pol Verhovenə (kinorejissor) sillə vurdum."

Qeyd edək ki, 62 yaşlı aktrisa istəsəydi məhkəməyə müraciət edərək kinonun qadağan olunmasına nail ola bilərdi. Amma Şeron Stoun 29 il əvvəlki seçiminə görə heyifslənmir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.