"Rəmişin huşu gedib-gəlir, məni də tanımır" - Gülü

24-03-2021, 14:11           
"Rəmişin huşu gedib-gəlir, məni də tanımır" - Gülü
"Rəmişin müalicələri davam edir, biz də ümidlə onun sağalmasını gözləyirik".

Bu sözləri News24.az-a açıqlamasında Xalq artisti Rafiq Hüseynovun (Rəmiş) həyat yoldaşı Güllü Hüseynova deyib. O, bildirib ki, mütəmadi olaraq sənət yoldaşları Rəmişi ziyarət edir: "Xalq artistimiz Mənsum İbrahimov, Əməkdar artist Təyyar Bayramov onun yanına gəlib. Xəstəxanaya çox adam buraxmırlar, o üzdən hələlik ancaq bu iki sənətkarımız onu ziyarət edib. Rəmişin huşu bəzən özündə olmur, yaddaşı gedib-gəlir, bəzən elə olur ki, heç məni də tanımır. Amma Mənsum müəllimi tanıdı. Əlini sıxdı, hiss elətdirdi ki, onu görməyinə sevinib. Mənsum müəllim də onu Ağdama aparacağına da söz verdi".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru