Şəbnəmdən Vəfaya sərt İSMARIC: “Keçmişini unutma”

30-04-2021, 09:09           
Şəbnəmdən Vəfaya sərt İSMARIC:
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədova açılan cinayət işində “Park Kolizey” MTK rəhbəri Famil Xəlilovun (Veyis Xəlilov) da adı hallandı.

Beləliklə bu şəxslə bir vaxt münasibətinin olduğu deyilən müğənni Şəbnəm Tovuzlu və hazırkı həyat yoldaşı Vəfa Şərifova yenidən gündəmə gəldi.

Hətta Şəbnəm Tovuzlunun köməkçisi “Vəfa Şərifova Famil Xəlilovun saxladığıdır” deyərək qalmaqal oduna “benzin atdı”. Bundan sonra Vəfa Şərifova Şəbnəm Tovuzlunun adını çəkməsə də, onun ünvanına sərt ismarıclar göndərdi.

Həmin açıqlamanı aşağıdakı linkə daxil olaraq oxuya bilərsiniz:
https://sherg.az/xəbər/160772
Şübhəsiz ki, Şəbnəm Tovuzlu da səssiz qalmayıb.
Teref.az “Sherg.az”-a istinadən xəbər verir ki, müğənni İnstaqram profilində paylaşdığı videoda bunları söyləyib:
“Sabah xoş olmayan şəkillərlə, adlarla paylaşımlar oldu. İnanın ki, o şəxslərin mənə aidiyyəti yoxdur. Onlarla birgə adım çəkilməməlidir. Bir qadın da (Vəfa Şərifovanı nəzərdə tutur-.red) açıqlama verir ki, mənim qız uşağım, ailəm var. Biz də evliyik, bizim də qızımız var. Amma susuram öz abrıma, illərdir çəkdiyim əziyyətə görə susuram. Sənə üçün yox! Susduqlarıma görə susuram. Lakin keçmişini unutma!2009-2008-ci illərdə olduğun halları unutma! Onları heç indiki insanlar və ətrafın bilmir. Amma mən bilirdim sən kimsən. Allah Tacir Şahmalıoğluna can sağlığı versin. Qurban olsun olduqlarına. Mən hər zaman dostluğu, yaxşılığı bilmişəm. Ailəsinin qədrini bilən xanım evdə sakit oturub danışmır. Az ailəm-ailəm de. Kim olduğunu hər kəs gözəl bilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.