"Space"in yeni rəhbəri kimdir? - DOSYE

5-05-2021, 16:06           
"Space"in yeni rəhbəri kimdir? - DOSYE
Tanınmış təhsil adamı, ADA Universitetinin dosenti Ülviyyə Mikayılovanın “Space” telekanalının rəhbəri təyin edilməsi barədə xəbər vermişdik.

Publika.az xəbər verir ki, 1959-cu ildə anadan olan Ülviyyə Mikayılova həm də Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəridir.

O, xeyli müddət Açıq Cəmiyyət İnstitutu (Soros Fondu) ilə əməkdaşlıq edib, “Addım-addım” proqramının rəhbəri olub. 1998-ci ildən bugünədək bir sıra beynəlxalq qurumlar tərəfindən elan olunmuş müsabiqələrin qalibi olub.

Rusiya Federasiyası, Orta Asiya və digər MDB, eləcə də Şərqi Avropa ölkələri və Monqolustanda təhsil üzrə məsləhətçi xidmətləri göstərib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru