Məşhur müğənni Adel arıqlamağının sirrini açıqladı - FOTO

6-05-2021, 09:00           
Məşhur müğənni Adel arıqlamağının sirrini açıqladı - FOTO
33 yaşını qeyd edən məşhur ifaçı Adel arıqlamağının sirrini bölüşüb.

Bu barədə “Karavan” xəbər yayıb.

Bildirilir ki, son bir ildə 45 kq arıqlayan ifaçı buna pilates və “sirtfood” pəhrizi sayəsində nail olub. Müğənni görünüşündə kardinal dəyişikliyi oğlunun xatirinə qərar verib. Son zamanlarda o, özünü pis hiss etməyə başlamışdı.

Qeyd edilir ki, “sirtfood” pəhrizin pərəstişkarları arasında şahzadə Harri, Pippa Midlton, Qvinet Peltrou da var.

“Sirtfood” pəhrizinin sirri bədənin metabolizmasını yaxşılaşdıran, qocalma prosesini ləngidən və hüceyrələri stresdən qoruyan xüsusi zülalları - sirtuinləri aktivləşdirməsidir. Pəhrizin digər xüsusiyyəti də yağdan tez bir zamanda qurtulmağa imkan verir, eyni zamanda əzələ kütləsini də qoruyur.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru