Keçirdiyi yarışmada birinci yeri 10 minə satıb

6-05-2021, 12:26           
Keçirdiyi yarışmada birinci yeri 10 minə satıb
Aşıq Namiq Fərhadaoğlu “Lider” telekanalında keçirdiyi “Köklə sazı” aşıqlarla bağlı yarışmada birinci yeri pulla satıb.

Axşam.az xəbər verir ki, sənətçi bunun üçün qalibdən 10 min manat alıb. Bu xəbəri Namiq “Həmin Zaur” proqramında təsdiqləyib:
“Biri dedi ki, birinci yerin xərci nədir? Mən də dedim avtomobil qoyuram, gərək üç qat qazanım. Dedim ki, 10 min ver, birinci yerə çıxarım səni. Maşına görə etdim. Sonra mənə dedilər ki, deyin, mən satmıram, ekspertiza qərar verir. Dedim, kişi kimi söz demişəm, yaxşı etmişəm. İnsan dediyi sözün ağası olmalıdır. Ora gələn səslərdən 18 faiz vergi ödəyirəm. Camaat evini satıb, səs verir. Prodakşınam orada ağa da, nökər də mənəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.