Nadir Mirşahinə: “Axı biz qoyun deyilik”

6-05-2021, 19:57           
Nadir Mirşahinə:
Müğənni Nadir Qafarzadə jurnalist Mirşahin Ağayevin qapanma tələb etməsinə münasibət bildirib.
Sosial şəbəkə hesabında bu barədə yazan Qafarzadə “Real” TV-nin baş direktroru, əməkdar jurnalist Mirşahin Ağayevin fikirlərinə etiraz edib:

“Mirşahin müəllim, bu xalq yazıqdır. Məncə, yetər artıq. Bir gün gözümüzü açıb görəcəyik ki, ölkədə adam qalmayıb, hamı xaricə köçüb. Axı biz qoyun deyilik. İnsanların insan kimi yaşamağa haqqı var. Allahlıq Allaha məxsusdur. Sizə hörmətimiz var”.

İfaçının bu paylaşımı dəstəklənsə də, o, bir müddət sonra paylaşımını səhifəsindən silib.

Xatırladaq ki, Mirşahin Ağayevin Operativ Qərargahdan tam qapanma olmasını tələb etməsi birmənalı qarşılanmayıb. Onun bu fikri sosial şəbəkələrdə müzakirə doğurub. Əksəriyyət karantin rejiminin sərtləşdirilməsinin qəti əleyhinə olduğunu söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru