Arif Quliyevin teatrı bağlandı: - "Pul yoxdur"

20-02-2016, 15:35           
Arif Quliyevin teatrı bağlandı: - "Pul yoxdur"
Xalq artisti, gülüş ustası Arif Quliyevin rəhbərlik etdiyi teatr fəaliyyətini dayandırıb.

Dia.az xəbər verir ki, bu barədə AzNews.az-a A.Quliyev özü məlumat verib. Bildirib ki, “Satira” teatrı maliyyə azlığı səbəbindən işləmir:

“Pul yoxdur. Əgər maliyyə olsa, harasa konsert verməyə gedərik. Aktyorlar bütün günü mürgü vurur. Hər gün teatra gəlib-gedirlər. Teatrda yeganə işimiz çay dəmləməkdir. Bir gün dəmləyib 5 gün onu içirik. Növbəti həftə isə üstünə su alıb təkrar içirik. Daha nə edək? Pul yoxdur, heç kim başqasına əl tutmur. Kimin qapısını döymək olar ki, mənə çay pulu ver? Daha o vaxtlar getdi”.

Aktyor hazırda heç bir rol ifa etmədiyini deyib:

“İşləmirəm. Əvvəllər oynadığım rolları da başqa aktyorlara həvalə ediblər. Dəvətlər olur, ancaq onlar da yox kimi bir şeydir. Bir-iki filmə də dəvət aldım, sonra onlardan da bir səs-səmir çıxmadı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru