Speys TV-nin yeni rəhbərindən İLK AÇIQLAMA

22-05-2021, 11:10           
Speys TV-nin yeni rəhbərindən İLK AÇIQLAMA
Hələlik kanalın imkanları qiymətləndirilir.

Bu sözləri Axar.az-a açıqlamasında bir neçə gün öncə Speys TV-yə rəhbər təyin olunan Müşfiq Hətəmov deyib.

O bildirib ki, qiymətləndirmə aparıldıqdan sonra, qarşıdakı aylarda kanal barədə danışmaq mümkün olacaq.

Qeyd edək ki, M. Hətəmova qədər Ülviyyə Mikayılova Speys TV-yə rəhbər təyin edilmişdi. O, kanalın kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.

Ü.Mikayılovanın TV-yə rəhbərlikdən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərin olması göstərilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.