Flora Kərimova yaltaq məmurları biabır etdi: “Arvadını itələyib qabağa keçir ki…”

22-05-2021, 15:17           
Flora Kərimova yaltaq məmurları biabır etdi: “Arvadını itələyib qabağa keçir ki…”
“Həmin konsertdə elə insanlar var idi ki… Təsəvvür edin, arvadını itələyib, qabağa keçir ki, ölkə rəhbərliyi bunu görsün. Görsün ki, necə “ürəkdən” alqışlayırlar”.

Sozcu.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a bir müddət əvvəl Şuşaya yollanaraq Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalına qatılan Xalq artisti Flora Kərimova deyib.

Sənətçi orada qarşılaşdığı bəzi hadisələrdən sonra vəziyyətinin pisləşdiyini qeyd edib:

“O gün mən də Şuşada konsertdə idim. Çox sağ olsunlar, saydılar, məni də çağırdılar. Həmin konsertdə elə insanlar var idi ki… Sənin qəhrəman insanı alqışlamaq zatən vətəndaş borcundur. Sən Şuşada dayanmısansa, başına bomba, raketlər tökülmürsə, məhz ona borclusan. Belə şeyləri görüb elə günə düşdüm ki… Özümdən, insanlardan iyrəndim. Ordan qayıtmışdım oğlum mənim halımı görüb dəfələrlə soruşdu ki, “Ana, sənə nə olub?”

Xanım sənətçinin sözlərinə görə hakimiyyət o insanların yaltaqlığına ehtiyac duymur:

“Başa düşün ki, nə Heydər Əliyevin sizin alqışınıza ehtiyacı vardı, nə İlham Əliyevin, nə də Mehriban Əliyevanın ehtiyacı var. Hökumətin yaltaqlığınıza ehtiyacı yoxdur, onlara bu lazım deyil. Onların şücaəti 44 günlük müharibədə bilindi. Bütün dünya bundan danışır, Şuşanın dağlarına əsgərlərimizin yalın əllə dırmaşması artıq dərsliklərə salınıb. Siz əl çəkin bu yaltaqlığınızdan, balaca uşaqları yaltaqlığa öyrətməyin”.

Facebook Comments“Həmin konsertdə elə insanlar var idi ki… Təsəvvür edin, arvadını itələyib, qabağa keçir ki, ölkə rəhbərliyi bunu görsün. Görsün ki, necə “ürəkdən” alqışlayırlar”.

Teref.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a bir müddət əvvəl Şuşaya yollanaraq Cıdır düzündə keçirilən “Xarıbülbül” festivalına qatılan Xalq artisti Flora Kərimova deyib.

Sənətçi orada qarşılaşdığı bəzi hadisələrdən sonra vəziyyətinin pisləşdiyini qeyd edib:

“O gün mən də Şuşada konsertdə idim. Çox sağ olsunlar, saydılar, məni də çağırdılar. Həmin konsertdə elə insanlar var idi ki… Sənin qəhrəman insanı alqışlamaq zatən vətəndaş borcundur. Sən Şuşada dayanmısansa, başına bomba, raketlər tökülmürsə, məhz ona borclusan. Belə şeyləri görüb elə günə düşdüm ki… Özümdən, insanlardan iyrəndim. Ordan qayıtmışdım oğlum mənim halımı görüb dəfələrlə soruşdu ki, “Ana, sənə nə olub?”

Xanım sənətçinin sözlərinə görə hakimiyyət o insanların yaltaqlığına ehtiyac duymur:

“Başa düşün ki, nə Heydər Əliyevin sizin alqışınıza ehtiyacı vardı, nə İlham Əliyevin, nə də Mehriban Əliyevanın ehtiyacı var. Hökumətin yaltaqlığınıza ehtiyacı yoxdur, onlara bu lazım deyil. Onların şücaəti 44 günlük müharibədə bilindi. Bütün dünya bundan danışır, Şuşanın dağlarına əsgərlərimizin yalın əllə dırmaşması artıq dərsliklərə salınıb. Siz əl çəkin bu yaltaqlığınızdan, balaca uşaqları yaltaqlığa öyrətməyin”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.