Demet Akalın hər kəsi Samirə Əfəndiyə səs verməyə çağırdı
22-05-2021, 20:27
Türkiyəli müğənni Demet Akalın Azərbaycanla bağlı paylaşım edib.
Müğənni hər kəsi bu gün final mərhələsi keçiriləcək “Eurovision”da Azərbaycana səs verməyə çağırıb. “Ölkə xaricində yaşayan bütün dostlarım, Azərbaycan üçün SMS atar? “Eurovision”, – deyə Demet paylaşımında yazıb.
Qeyd edək ki, “Eurovision” yerli vaxtla saat 23:00-da İTV-də yayımlanacaq.