"Avroviziya 2021"də ŞOK HADİSƏ - İtaliya qalib oldu, Böyük Britaniya 0 bal topladı - VİDEO

23-05-2021, 09:38           
"Avroviziya 2021"də ŞOK HADİSƏ -
Niderland Krallığının Rotterdam şəhərində keçirilən “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi başa çatıb.

Bizim.Media xəbər verir ki, “Open Up” (“Açıl”) şüarı altında təşkil olunan builki yarışmada İtaliya təmsilçisi “Maneskin” qrupu “Zitti E Buoni” mahnısı ilə birinci olub. O, tamaşaçıların rəyinə əsasən səsvermə zamanı 524 xal toplayıb.

Xatıtrladaq ki, peşəkar qiymətləndirmədə İtaliya 10-luqda qərara tutmuşu. Birinci yerdə isə İsveçrə idi. Tamaşaçıların rəyi isə İtaliya musiqi tərəfində olub.

“Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində Fransa ikinci, İsveçrə isə üçüncü olub.

Azərbaycanlı ifaçı Samirə Əfəndi “Mata Hari” mahnısı ilə çox pis performans sərgiləmiş olub. Bu dəfə Azərbaycan yarışmada ən aşağı yerlərdən birini tutub. Ölkəmiz yarışı 20-ci sırada başa vurub. Yarışmanın finalında 26 ölkə təmsilçisi mübarizə aparıb.

“Avroviziya-2021”də isə Böyük Britaniya bu beynəlxalq mahnı müsabiqəsinin tarixində ilk dəfə anti-rekordla bir ilkə imza atıb. Həm münsif, həm də tamaşaçı səsi qazana bilməyən ingilislər yarışmanı sıfır balla başa vurublar.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.