"Builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!” - Hüsniyə

23-05-2021, 10:41           
"Builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!” - Hüsniyə
“Mən bu yarışmada ilk gündən ölkəmi dəstəkləmişəm. Bu il də istisna olmadı, Azərbaycana və Samirəyə ürəkdən uğurlar arzu edirdim”.

Pravda.az xəbər verir ki, bu sözləri “Avroviziya-2021”də Azərbaycan şərhçilərindən biri olan aparıcı Hüsniyə Məhərrəmova instaqram hesabında yazıb.

“Samirə çox istedadlı ifaçıdı. Lakin mənim iki üzüm yoxdur ki, biri ilə bəyənmədiyim halda o biri ilə tərifləyim. Şəxsən mən, builki mahnını və nömrəni nə ölkəmə yaraşdırdım, nə də Samirəyə!”, - o qeyd edib.

Məhərrəmova düşünür ki, ölkəmiz üçün belə bir əhəmiyyətli ildə, Avropanın ən böyük platformasında Azərbaycan daha layiqli təmsil oluna bilərdi:

“Ona görə, narazı qalan qohum, əqraba, dost tanışa intriqalarla deyil, musiqi zövqləri ilə məşqul olmağı arzu edirəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.