Azərbaycanlı münsiflər kimlərdir və onlar hansı ölkəyə necə səs veriblər...

24-05-2021, 16:16           
Azərbaycanlı münsiflər kimlərdir və onlar hansı ölkəyə necə səs veriblər...
Niderlandın Rotterdam şəhərində yerləşən “Ahoy Arena”da keçirilən “Eurovision” mahnı müsabiqəsi bitsə də, ətrafnda gedən söz-söhbətlər bitmir. Belə ki, Azərbaycanın digər ölkələrə verdiyi səslər və təmsilçimizə verilən səslər hələ də müzakirə olunur.

Bu gün isə “İNFE Azerbaijan” Azərbaycanın münsif heyətində yer alan sənətçilərin adlarını və onların ölkələrə verdiyi balları açıqlayıb. Belə ki, ölkəmizin münsif kürsüsündə Əməkdar artist Sevda Ələkbərzadə, Əməkdar artist, rəqqasə Eteri Cəfərova, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rejissor Fuad Əlişov və müğənni Zamiq Hüseynov əyləşib.

Bəstəkar Vaqif Gərayzadə Yunanıstana 12, Maltaya 10, Rusiyaya 8, Fransaya 7, Moldovaya 6, Bolqarıstana 5, San-Marinoya 4, Portuqaliyaya 3, Finlandiyaya 2, Ukraynaya 1 bal göndərib.

Xalq artisti Sevda Ələkbərzadə İsveçə 12, Yunanıstana 10, Rusiyaya 8, Moldovaya 7, Finlandiyaya 6, İtaliyaya 5, Belçikaya 4, Norveçə 3, Ukraynaya 2, Serbiyaya 1 verib.

Rejissor Fuad Əlişov Rusiyaya 12, İsveçrəyə 10, Portuqaliyaya 8, Moldovaya 7, Ukraynaya 6, Yunanıstana 5, Maltaya 4, İslandiyaya 3, Norveçə 2, Albaniyaya 1 bal verib.

Əməkdar artist Eteri Cəfərova Rusiyaya 12, Moldovaya 10, Ukraynaya 8, İsveçə 7, Maltaya 6, Yunanıstana 5, Bolqarıstana 4, San-Marinoya 3, Fransaya 2, Kiprə 1 xal göndərib.

Müğənni Zamiq Hüseynov isə Maltaya 12, Belçikaya 10, Rusiyaya 8, Fransaya 7, Ukraynaya 6, İtaliyaya 5, Moldovaya 4, Yunanıstana 3, San-Marinoya 2, Bolqarıstana 1 xal verib.

Azərbaycanın səslərini “Eurovision-2011”in qalibləri Eldar Qasımov və Nigar Camal səsləndirib. Belə ki, Azərbaycan 12 xal Rusiyaya, 10 xal Yunanıstana, 8 xal Moldovaya, 7 xal Maltaya, 6 xal Ukraynaya, 5 xal İsveçə, 4 xal Fransaya, 3 xal Belçikaya, 2 xal Portuqaliyaya, 1 xal Bolqarıstana verib.

Bəs Azərbaycan təmsilçisi hansı ölkələrədn səs alıb və ümumilikdə neçə səs toplayıb?

Azərbaycan təmsilçisi Samirə Əfəndi müsabiqədə 20-ci olub. Ona 32 xalı münsiflər verib. Ölkələrin səsverməsi isə belə olub: İsrail Azərbaycana 2, Ukrayna 3, Gürcüstan 5, Rusiya 8, İsveçrə 2, Niderland da 2 xal verib.

Tamaşaçı səsverməsinə əsasən Azərbaycan 33 bal toplayıb. Bununla ümumilikdə ölkəmiz 65 bal toplayıb.
Musavat.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.