“Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı

25-05-2021, 07:08           
“Avroviziya” qalibinin narkotik testinin nəticəsi açıqlandı
“Avroviziya” mahnı müsabiqəsinin builki qalibi “Maneskin” qrupunun solisti David Damianonun narkotik testinin nəticəsi açıqlanıb.

Bizimxeber.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi məlumat yayıb.

“22 mayda - “Avroviziya” mahnı yarışmasının finalında yaşıl otaqda Damianonun narkotik istifadəsinə dair şübhələrə əsasən, Avropa Yayım Birliyi, İtalya nümayəndə heyətinin istəyi ilə videoda görünən hər kəslə bağlı hərtərəfli bir yoxlama həyata keçirdi. Bu gün qrupun solisti də könüllü olaraq narkotik testindən keçdi və nəticə mənfi oldu.

Yaşıl otaqda narkotikdən istifadə halı baş verməyib. Bu məsələni qapalı hesab edirik”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.