Hülya Avşar: “Adamın başına gələn ən pis şey varlı olmaqdır” - FOTO

27-05-2021, 07:49           
Hülya Avşar: “Adamın başına gələn ən pis şey varlı olmaqdır” - FOTO
Türkiyəli məşhur aktrisa, müğənni Hülya Avşar Candaş Tolqanın “Az önce konuştum” proqramına açıqlama verib.

O, var-dövlətin insanın yaşayacağı ən pis şey olduğunu deyib:

“Adamın başına gələn ən pis şey varlı olmaqdır. Belə şey olar?! Nə istəsən, ala bilirsən. Həyatda hər şeyə şübhə ilə yanaşarsan. Sevgilin “səni sevirəm” desə, inanmazsan. Gərək həyatda nəyinsə həsrətini çəkəsən”.

Avşar Ayvalıkda ada alması fikirlərinə də aydınlıq gətirib.

“Ayvalıkda ada almadım. Amma maraqlı gəldi, ticari məqsədlə qiyməti ilə maraqlandıq. Ada sahibi olmaq istəmirəm”.

Aktrisanın sözlərinə görə, yaşanan yaxşı-pis, heç nəyi ciddi qəbul etmir. O bildirib ki, eşq qalıcı bir şey olmadığından həyatında kiminsə olmasını istəmir:

“Bu müddətdən sonra nələri bölüşəcəyik? Həyatımda bir sıra şeylər yaşamışam. Bütün həyatdan zövq almaq mümkünkən buna nə ehtiyac var? Mənim gənc qızım var”.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.