Tünzalə Ağayeva: Həyatıma girən insanlara…

21-10-2021, 11:22           
Tünzalə Ağayeva: Həyatıma girən insanlara…
45 yaşımın gözəlliyini, keyfini çıxarmağımı, dolu yaşamağı diləyirəm özümə, bu il iki yubileyimi qeyd edirəm: səhnəmin 20 ilini və 45 yaşımı. Həyat və sənət yolum olduqca parlaq, rəngarəng və bəhrəlidir.

Publika.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. Doğum günü barədə fikirlərini izləyiciləri ilə bölüşən sənətçi dinləyicilərinə təşəkkür edib:

“Bunlar Allahın lütfü və mərhəmətidir, yaşadığım və rast gəldiyim bütün hadisə və imtahanlara minnətdaram, həyatıma girən “pis, neqativ” adlandırdığım insan və hadisələrə də ayrıca sağolum var - çünki sonunda dərslərimdən 5 almışam. Ailəmə, sevənlərimə həmişə minnətdaram, sevməyənlər də sağ olsunlar - motivasiyamın artmasına səbəb olduqları üçün”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.