Bricit Bordo cərimələndi

6-11-2021, 10:05           
Bricit Bordo cərimələndi
Vaxtilə çox məşhur fotomodel, aktrisa və yazıçı olan 86 yaşlı Bricit Bardo yenə cərimə olunub.

Hazırda heyvan hüquqları müdafiçisi kimi fəaliyyət göstərən keçmiş gözəlçə milli zəmində düşmənçilik yaratmaqda günahkar bilinib.

Belə ki, o, itlərdən köpək balıqlarına yem kimi istifadə etdikləri, həmçinin ayin zamanı keçiləri öldürdükləri üçün Fransaya məxsus Reyunyon adasının sakinlərini degenerat və aborigen adlandırıb.

Məhkəmənin qərarı ilə kinoulduz 20 min avro cərimə edilib.

Qeyd edək ki, son illərdə Bordonun kəskin ifadələrinə görə iri məbləğdə cərimələnməsi artıq adi hal alıb.cia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru