Conni Depp keçmiş həyat yoldaşına təzminat davası açdı -

7-11-2021, 07:15           
Conni Depp keçmiş həyat yoldaşına təzminat davası açdı -
Qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Amber Hard arasındakı mübahisə davam edir.

Bizim.Media xəbər verir ki, aktyor keçmiş həyat yoldaşının telefon qeydlərinin yoxlanılmasını tələb edib.


Deppin vəkilləri Amberin yayımladığı zorakılıq fotolarının uydurma olduğunu bildirib. "The Sun" nəşri tərəfindən dərc olunan materialların saxta olması səbəbindən Conni 50 milyon dollarlıq təzminat davası açıb.


O, Amberin telefon zəngləri və yazışmalarının həqiqəti sübut edəcəyini açıqlayıb. Məhkəmə məlumatların araşdırılmasına razılıq verib.

Qeyd edək ki, cütlük 2017-ci ildə ayrılıb. Lakin Amberin ulduz haqqında irəli sürdüyü iddialar məhkəmə çəkişmələrinin qalmasına və aktyorun karyerasının zədələnməsinə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru