“Marvel”in ən populyar filmi məlum oldu

8-11-2021, 11:06           
“Marvel”in ən populyar filmi məlum oldu
“Rotten Tomatoes” resursu Hollivudun “Marvel” kinostudiyasının istehsalı olan filmlərin reytinqini açıqlayıb.

Siyahı portalın istifadəçilərinin səsverməsi nəticəsində tərtib olunub.

Reytinqdə fantastik ekran əsərləri ilə məşhur studiyanın 26 filmi yer alıb.

Bir çoxları üçün gözlənilməz olsa da, ilk yeri 96% səslə 2018-ci ildə ekranlara çıxan “Black Panther” (Qara bəbir) filmi tutub.

Həmçinin, “Avengers: Endgame” (Qısasçılar: Final - 2019) və “Iron Man” (Dəmir adam - 2008) 94% səslə ikinci pilləni bölüşüb. Üçlüyü isə onlardan bir faiz az səs toplayan “Thor: Ragnarok” ( Tor: Raqnarok - 2017) qapayıb.

Mənbə: “Rotten Tomatoes”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru