“Pas” filminin çəkilişində növbəti bədbəxt HADİSƏ

9-11-2021, 17:40           
“Pas” filminin çəkilişində növbəti bədbəxt HADİSƏ
ABŞ-ın Nyu Meksiko ştatında çəkilən “Pas” filminin çəkiliş meydanında növbəti bədbəxt hadisə baş verib.

Modern.az xarici KİV-ə istinadən bildirir ki, Alek Boldvin ekranlaşdırdığı filmin çəkilişi zamanı bu dəfə zəhərli hörümçək işıq operatorunun qolunu dişləyib. Dərhal xəstəxanaya çatdırılan operator Ceyson Miller qolunu itirə bilər.

Qeyd edək ki, bir müddət öncə rejissor Coel Sousun ekranlaşdırdığı “Pas” filminin çəkilişləri zamanı atışma səhnəsində aktyor Alek Boldvinin istifadə etdiyi silahdan açılan atəş filmin rejissorunun yaralanmasına, 43 yaşlı operator Qalina Xatçinsin isə ölümünə səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru