Məşhur serialın rejissoru təsdiqlədi: Ardı çəkiləcək

10-11-2021, 07:46           
Məşhur serialın rejissoru təsdiqlədi: Ardı çəkiləcək
Cənubi koreyalı rejissor Hvan Don Xök “Squid Game” serialının davamını çəkəcəyini təsdiqləyib.

O, “Associated Press” agentliyinə müsahibəsində tamaşaçılardan gələn tələb üzərinə başqa yolunun olmadığını bildirib.

Rejissor ikinci mövsümün ideyasının artıq başında olduğunu və hazırda çəkilişləri planlaşdırdığını bəyan edib. Onun sözlərinə görə, “Squid Game 2”-nin süjeti baş qəhrəman Son Qi Hunla bağlı olacaq.

“O, qayıdaraq dünya üçün nə isə edəcək”, - deyə Hvan vurğulayıb.

Qeyd edək ki, “Squid Game” “Netflix” platformasının ən populyar seriallarından biri kimi tarixə düşüb.

Mənbə: apnews.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru