Benedikt Kamberbetç bir filmin çəkilişində üç dəfə zəhərləndi - VİDEO

11-11-2021, 08:30           
Benedikt Kamberbetç bir filmin çəkilişində üç dəfə zəhərləndi - VİDEO
Britaniyalı aktyor Benedikt Kamberbetç “İtin hakimiyyəti”nin (“The Power of the Dog”) çəkilişi zamanı dəfələrlə nikotindən zəhərlənib.

Bu barədə məşhur aktyor “Esquire” jurnalına müsahibəsində çəkilişlə bağlı xatirələrini bölüşərkən bildirib.

Filmdə amerikalı fermer rolunu oynamağın çətinliyindən danışan artist etiraf edib ki, dubl dublun ardınca filtrsiz əl ilə bükülmüş siqaretləri çəkməli olub. Beləliklə, o, xarakterə tam girmək istəyib.

“Mən üç dəfə nikotinlə zəhərlənmişəm. Həqiqətən çox siqaret çəkmək məcburiyyətində olmaq dəhşətlidir”, - deyə aktyor izah edib.

“İtin hakimiyyəti” filmi qardaşı Corc (Cessi Plemons) ilə birlikdə Montanada ən böyük rançoya sahib olan Fil Barebankın (Benedikt Kamberbatç) hekayəsindən bəhs edir.

Film ABŞ kinoteatrlarında 2021-ci ilin noyabrın 17-də, “Netflix” striminq xidmətində isə dekabrın 1-də nümayiş olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru