Qətl törədilən film çəkilişində növbəti bədbəxt hadisə

11-11-2021, 09:54           
Qətl törədilən film çəkilişində növbəti bədbəxt hadisə
“Rust” filminin çəkilişlərində daha bir bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, bu dəfə quruluşçu operatoru Ceyson Milleri zəhərli qəhvəyi hörümcək dişləyib.

Bir neçə gün sonra onda sepsis və nekroz başlayıb. Hazırda quruluşçu operator xəstəxanadadır. Miller artıq bir neçə dəfə əməliyyat olunub.

Xatırladaq ki, oktyabrın 22-də sözügedən filmin çəkilişlərində aktyor və prodüser Alek Bolduinin butafor revolverdən açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins ölüb, rejissor Coel Souza yüngül xəsarət alıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru