Nataliya Oreyro and içdi və Rusiya pasportunu aldı – Video

11-11-2021, 14:30           
Nataliya Oreyro and içdi və Rusiya pasportunu aldı – Video
Argentina istehsalı olan “Vəhşi mələk” serialındakı baş rolu sayəsində dünya şöhrəti qazanmış uruqvaylı müğənni və aktrisa Nataliya Oreyro Rusiya Federasiyasının vətəndaşı kimi and içib və ölkənin pasportunu alıb.

Busaat.az “Birinci kanal”a istinadən xəbər verir ki, təntənəli mərasim noyabrın 10-da Rusiyanın Buenos-Ayresdəki səfirliyində keçirilib.

Oreyro andiçmə mətnini rus dilində oxuyub: “Mən, Oreyro İqlesias Nataliya Marisa könüllü və şüurlu şəkildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul edirəm, Rusiyaya sadiq olacağıma, onun mədəniyyəti, tarixi və ənənələrinə hörmət edəcəyimə and içirəm”.

Qeyd edək ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin Nataliya Oreyroya vətəndaşlıq verilməsi ilə bağlı sərəncam imzalayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru