"Ey Vətən" üstündə "qırğın" növbəti mərhələdə: - "Qız dedi ki, mahnının sözləri atama məxsusdur"

11-11-2021, 17:27           
"Ey Vətən" üstündə "qırğın" növbəti mərhələdə: -
Xalq artisti Samir Cəfərovun ifa etdiyi “Ey vətən” mahnısının sözlərinin Aslan Abdullayevə aid olması müzakirələrə səbəb olub.

Moderator.az-a açıqlamasında Xalq artisti Samir Cəfərov da mahnının sözlərinin dəqiq kimə aid olduğunu bilmədiyini deyib:

“Bu məsələ mənə də müəmmalıdır. Mən də mahnının sözlərinin şair Dəmir Gədəbəyliyə aid olduğunu bilirdim. Bir müddət öncə bir qadın mənə yaxınlaşıb dedi ki, mən Aslan Abdullayevin qızıyam, “Ey vətən” mahnısının sözləri atama məxsusdur. Mən də təəccüb etdim və dedim ki, axı mahnının sözləri Dəmir Gədəbəylinindir. Dedi yox, mahnının sözləri atama məxsusdur, səhv yazırlar”.

Qeyd edək ki, “Ey vətən” mahnısını Xalq artisti Flora Kərimova da ifa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru