Ceyms Bond haqqında film pandemiya dövrünün ən gəlirlisi oldu

22-11-2021, 07:58           
Ceyms Bond haqqında film pandemiya dövrünün ən gəlirlisi oldu
Britaniyalı xəfiyyə Ceyms Bond haqqında çəkilmiş “Ölmək vaxtı deyil” (No Time to Die) filmi pandemiya zamanının ən gəlirli Hollivud filmi olub.

Dünya prokatında 733 milyon dollardan çox qazanc əldə edən ekran əsəri həm də ilin ən gəlirli filmi adına yiyələnib.

Qeyd edək ki, “Ölmək vaxtı deyil” Bondiananın sayca 25-ci filmidir. Deniel Kreyqin baş rolda çəkildiyi filmin soundtrekini Billi Ayliş ifa edib.

Mənbə: “Deadline”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.