"Qızıl Qlobus"da skandal - Mükafatdan imtina etdilər

12-01-2022, 00:01           
"Qızıl Qlobus"da skandal -
“Qızıl qlobus” mükafatı “Dram serialında ən yaxşı aktrisa” nominasiyası üzrə transseksual aktrisa Emcey Rodrigesə təqdim olunub.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, münsiflər heyətinin yüzə yaxın üzvü arasında bir nəfər də olsun qaradərili olmayıb, eyni zamanda irqi ayrıseçkiliyə qarşı olanlar arasında mükafata namizəd ulduzlar da yer alıb. Aktyor Tom Kruz kimi bir çox məşhurun mükafatdan imtina etməsinin ardından sonuncu təqdimetmə mərasiminə videobağlantı ilə qoşulan yalnız bir nəfər olub: aktrisa Ceymi Li Kertis.

Builki təqdimatda yaddaqalan qaliblərdən biri isə "Dram serialında ən yaxşı aktrisa" nominasiyası üzrə "Pose"də tibb bacısını canlandıran Emcey Rodrigesin seçilməsidir. O, sözügedən mükafatı alan ilk transseksual aktrisa kimi adını tarixə yazmağı bacarıb. Lakin bu seçim mükafatın üzərində olan qalmaqalları səngitmək və yenidən əvvəlki nüfuzunu qaytarmaq cəhdi kimi qiymətləndirilib və mükafatın reputasiyasına təsir etməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.